AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Ərəb ölkələri liqası nəzdindəki Əlyazmalar İnstitutunun direktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub
Dek 09, 2016 | 11:04 / Görüşlər
Oxunub 450 dəfə

Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun direktoru dr. Feysəl əl-Hafyan dekabrın 8-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.  

Görüşdə çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İsntitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq eyni profilli tədqiqat müəssisəsinin rəhbərini Bakıda görməkdən məmnun olduğunu bildirib. O, Ərəb Ölkələri Liqası kimi məşhur qurumun nəzdində fəaliyyət göstərən bir institutla M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanması barədə danışıqları yüksək qiymətləndirib.

Misirli qonaq Ərəb Əlyazmaları İnstitutunun 1946-cı ildə yarandığını, Misirdə yerləşməsinə baxmayaraq, Misir hökumətinə deyil, Ərəb Ölkələri Liqasına tabe olduğunu bildirmişdir. O, institutda əlyazmaların bərpasının,  kataloqlaşdırılmasının və elektronlaşdırılmasının həyata keçirildiyini qeyd edib. O, institutun məqsədinin ərəb əlyazmalarının dünyaya açılması olduğunu bildirib. Qonaq Ərəb Əlyazmaları İnstitutunun hazırladığı bir neçə kitabı və kataloqu M.Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə edib.
            
            Görüşdən sonra qonaq institutun sərgi salonu, Gigiyena və bərpa laborotoriyası ilə tanış olmuşdur.   

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015