AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Qusarda “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib
Noy 21, 2016 | 12:37 / Konfranslar, iclaslar
Oxunub 915 dəfə

Noyabrın 19-da AMEA Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusarda “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib. Qonaqların rayon İcra Hakimiyyətində qarşılanmasından sonra Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Elmi-praktik konfransı giriş sözüylə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açıb, konfrans iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanda multikulturalizm ili: görülmüş işlər və qarşıda duran vəzifələrə baxış” adlı giriş nitqində multikulturalizm sahəsində Azərbaycanda görülmüş işlərdən danışıb. 

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Folklorda milli-mədəni müxtəliflik və ortaq mənəvi dəyərlər” mövzusunda məruzə edib, multikulturalizmin məhz şifahi xalq yaradıcılığında geniş şəkildə təcəssüm tapdığını vurğulayıb. Bildirib ki, 2016-cı ildə Qusarın həm də Azərbaycanın folklor paytaxtı seçilməsi bölgədə milli-mənəvi dəyərlərimizin, eləcə də multikultiralizmin zəngin olduğunu sübut edir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015