AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib
Noy 18, 2016 | 01:56 / Konfranslar, iclaslar
Oxunub 2087 dəfə

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan akademik İsa Həbibbəyli   onun son dərəcə aktual mövzuya həsr olunduğunu qeyd etmiş və klassik ədəbiyyatımızın öyrənilməsinin əlyazmaların tədqiqindən keçdiyini bildirmişdir. İ.Həbibbəyli Azərbaycanın əksər alimlərinin fəaliyyətinin AMEA-nın Əlyazmalar İnstitutundan başlandığını xüsusi vurğulamışdır.
         Akademik Vasim Məmmədəliyev də öz çıxışında Azərbaycan əlyazmalarının tədqiqi və araşdırılması sahəsində ciddi işlər görülsə də, irəlidə böyük vəzifələrin durduğunu qeyd etmişdir.
      Nəsimi adına Dilçilik İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu dünya kitabxanalarındakı Azərbaycanın tərcümə əsərlərinin əlyazmaları, filologiya elmləri doktoru, professor Kamandar Şərifov Misirdə saxlanan  Azərbaycan əlyazmaları, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə Azərbaycan əlyazmaları Astani –Qüdsi-Rəzəvi kitabxanasında, İran İslam Respublikasında gəlmiş professor Möhəmməd Amin Sultan Əl-Qurrayi Şah İsmayıl Xətainin “Külliyyat”ının nadir əlyazma nüsxəsi mövzusunda məruzələr etmişlər.
Konfrans günün ikinci yarısında bölmələrdə davam etmişdir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015