AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib
Okt 21, 2016 | 05:43 / Konfranslar, iclaslar
Oxunub 1787 dəfə

Oktyabrın 18-də AMEA-nın əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib.

Konfransı giriş sözüylə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbib­bəy­li açaraq bildirib ki, Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin – müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənəsinin bərpasıdır. Məhz milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb: “Folklor İnstitutunun keçirdiyi bu konfrans həm ölkəmizin ideoloji-siyasi mühitinin nəticələrini, həm də “Folklor və dövlətçilik” probleminin dərindən, milli aspektdən öyrənilməsi istiqamətində əldə olunan mühüm istiqamətləri əks etdirən forum kimi də özünəməxsus əhəmiyyətə malikdir”.

Sonra AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli öz çıxışında folklor nümunələrində dövlətçiliyə həmişə böyük önəm verildiyini söyləyib.

İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axun­do­va, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil və digərləri maraqlı çıxışlar etmişlər.

 Sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015