AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Müstəqillik illərində Azərbaycan mədəniyyətinin tədqiqi, təbliği, təqdimi, qorunması və beynəlxalq əlaqələrinin inkişafı
Okt 18, 2016 | 06:20 / Yubileylər
Oxunub 1608 dəfə

Oktyabrın 18-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə “Müstəqillik illərində Azərbaycan mədəniyyətinin tədqiqi, təbliği, təqdimi, qorunması və beynəlxalq əlaqələrinin inkişafı” mövzusunda elmi sessiya keçirilib.

Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən muzeyin direktoru, akademik Rafael Hüseynov müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələridir.

Akademik R.Hüseynov müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Qeyd edib ki, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Bildirilib ki, müstəqillik illərində Azərbaycanda yeni bir gənc nəsil formalaşıb. Bu nəsil müstəqil Azərbaycanın dəyərləri əsasında formalaşmış gənclərdən ibarətdir. Həmin gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015