AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın prezidenti: “Azərbaycan dünya ölkələri sırasında multikulturalizm, tolerantlıq və humanizm baxımından mühüm arenadır”
Sen 30, 2016 | 03:28 / Mühüm hadisələr
Oxunub 447 dəfə

Bu gün dünyanın bir çox ölkələrini ağuşuna alan terrorizm və münaqişələr insanları “gələcək qorxusu” ilə yaşamağa vadar edir. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən siyasətçi, alim və mütəxəssislərin bir araya gəldiyi Forum insanları sülh, qardaşlıq və multikultural şəraitdə yaşamağa çağırır.

Bu fikirləri AMEA prezidenti, akademik Akif Əlizadə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı səsləndirib. “Azərbaycan dünya ölkələri sırasında multikulturalizm, tolerantlıq və humanizm baxımından mühüm arenadır” deyə bildirən alim 5- ci dəfədir ki, ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən söz açıb.

AMEA rəhbərinin sözlərinə görə, Forum çərçivəsində təşkil edilən görüşlər Azərbaycan reallıqlarını dünyaya nümayiş etdirməklə yanaşı, multikulturalizmin alternativi olmadığını da sübut edir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015