AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Yeni monoqrafiya nəşr olunub
Sen 22, 2016 | 04:02 / Yeni nəşrlər
Oxunub 1873 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının müvafiq qərarı ilə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın “Anonim “Şeyx Sənan” mənzum hekayəti (tekstoloji-filoloji araşdırma və tənqidi mətn)” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada XVIII əsrə aid anonim Azərbaycan müəllifinin “Şeyx Sənan” mənzum hekayəti farsca eyniadlı əsərlə müqayisəli təhlil olunur, hekayətin tərcümə və dil xüsusiyyətləri araşdırılır. Nəşrin ikinci fəslində əsərin yeddi nüsxə əsasında tərtib olunmuş tənqidi mətninin transfoneliterasiyası verilir.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, elmi rəyçiləri AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və professor Azadə Musayevadır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015