AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Füzulinin “Leyli və Məcnun” əsərinə həsr edilən yeni monoqrafiya nəşr olunub
Sen 19, 2016 | 03:59 / Yeni nəşrlər
Oxunub 1291 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “Füzulinin “Leyli və Məcnun” əsəri – poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabda Füzulinin “Leyli və Məcnun” əsərinin bədii xüsusiyyətləri klassik Şərq poetikası əsasında tədqiq edilir. Təsəvvüf fəlsəfəsinin əsərin başlıca ideya istiqaməti olduğu elmi əsaslarla sübut edilir, əsərdəki irfani rəmz və məcazların mənaları orta əsr təsəvvüfi lüğətləri əsasında açıqlanır. Əsərin Əlyazmalar İnstitutunda saxlanılan ən qədim nüsxələri müqayisəli tədqiq edilərək indiyədək çap nüsxələrində olan bir sıra qüsurlar müəyyənləşdirilıir. Əlyazmalar İnstitutunda saxlanılan iyirmidən artıq “Leyli və Məcnun” əlyazması mətnşünaslıq baxımından araşdırılır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015