AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusu nəşr olunub
Avg 01, 2016 | 08:30 / Yeni nəşrlər
Oxunub 1766 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi “Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusunu nəşr etdirib.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtib edəni professor Asif Rüstəmli, rəyçilər isə filologiya elmləri doktorları Vaqif Yusifliİslam Qəriblidir.

Topluya maraqlı, ciddi məqalələr daxil edilib, aktual problemlərə toxunulub. “Ziya”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həqiqəti-Əfkar”, “Kommunist”, “Ədəbiyyat qəzeti”, “Azərbaycan” və digər qəzet və jurnallarla bağlı aparılan araşdırmalar milli istiqlal prizmasından dəyərləndirdikdə böyük aktuallıq kəsb edir. Nəşr mətbuat tariximizi tədris edənlər və öyrənənlər üçün yeni faktlarla, mötəbər və əhəmiyyətli məlumatlarla zəngindir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015