AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Abdulla Bərqi Xoyinin yeni şeirləri əldə edilib
May 26, 2016 | 02:46 / Konfranslar, iclaslar
Oxunub 879 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə adı indiyədək ədəbiyyat tariximizə düşməmiş Abdulla Bərqi Xoyinin şeirlərinin surətini əldə edib.

Şairin Tehranın Məclise-Şuraye-İslami kitabxanasında saxlanan farsca əlyazma divanına daxil edilmiş Azərbaycan dilində olan şeirləri böyük maraq doğurur. Bu əsərlər lirik-aşiqanə mövzulu qəzəllərdən və növhələrdən ibarətdir. Təzkirələrin verdiyi məlumatlardan və şeirlərindən Bərqinin istedadlı şair olduğu görünür.

Paşa Kərimovun sözlərinə görə, XIX əsr ədəbiyyat tariximiz yazılarkən Abdulla Bərqi Xoyinin irsi də nəzərə alınmalıdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015