AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin Ev Muzeyində şagirdlər üçün “açıq dərs” təşkil olunub
May 27, 2016 | 10:42 / Konfranslar, iclaslar
Oxunub 921 dəfə

Bakıdakı 43 nömrəli liseyin səkkizinci sinif şagirdləri AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.

Təhsil ilə elmin vəhdəti çərçivəsində muzeydə şagirdlər üçün ədəbiyyat fənni üzrə açıq dərs təşkil edilib. Açıq dərsdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə mühazirələr dinlənilib, görkəmli sənətkarın əsərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası barədə ətraflı məlumat verilib.

Sonra şagirdlər muzeyin eksponat və ekspozisiyaları ilə yaxından tanış olublar.

Qeyd olunub ki, muzeydə təşkil edilən bu cür tədbirlər məktəblilərin dünyagörüşlərinin inkişafında mühüm rol oynayır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015