AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə ümumi iclası keçirildi
Okt 11, 2016 | 05:28 / Konfranslar, iclaslar
Oxunub 1379 dəfə

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında  Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə ümumi iclası keçirildi.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq gündəliyə daxil olan məsələləri iclas iştirakçılarının nəzərinə çatdırdı.

Gündəliyə daxil olan birinci məsələ Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə hər iki bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələri tərəfindən görülmüş işlər və planda nəzərdə tutulan işlərin müzakirəsi idi. Bu barədə geniş çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın müstəqilik qazanmasında alimlərin rolunun danılmaz olduğunu vurğuladı. Məsələ ətrafında geniş müzakirələr aparıldı. 

İclasda həmçinin, 2017/18-ci tədris ili üçün hər iki bölmə üzrə AMEA-nın magistraturasına qəbul planı barədə müzakirələr aparılmış, tövsiyyə və təkliflər səsləndirilmişdir. 

Bundan başqa,  bu ilin sentyabr ayının 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajının təşkilatçılığı ilə islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri t.ü.e.d., prof. Əli Rəcəbli, Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov və t.ü.f.d. Anar Sadıxov öz səfər təəsüratlarını iclas iştirakçıları ilə paylaşdılar. 

Xatırladaq ki, sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın proqramına erməni alimi A.Akopyanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ərazisinin “Şərqi Ermənistan” adı ilə təqdim olunduğu məruzə daxil edilmişdi.Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi Dövlət Ermitajına etiraz məktubu göndərmişdir. Etiraz məktubundan sonra məruzənin adından “Şərqi Ermənistan” sözləri çıxarılmışdır. Konfrans vaxtı erməni aliminin təxribatının qarşısını almaq və tarixi həqiqəti auditoriyaya çatdırmaq məqsədilə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim Sankt-Peterburqa ezam edilmişdir. Nümayəndə heyətinin tərkibinə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri t.ü.e.d., prof. Əli Rəcəbli, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov və t.ü.f.d. Anar Sadıxov daxildir. Sentyabrın 26-da Azərbaycan nümayəndə heyətinin üzvləri Ermitajın direktoru M.B.Piotrovski ilə görüşmüşlər. M.B.Piotrovski Azərbaycan alimlərinin nüfuzlu elmi tədbirdə iştirakından məmnunluğunu və A.Akopyanın məruzəsinin ilkin adının təşkilat komitəsi ilə razılaşdırılmadığını bildirmişdir. O, həmçinin elmin siyasətə qarışmasının və Qafqaz tarixinin siyasiləşdirilməsinin əleyhinə olduğunu qeyd etmişdir. 

İ

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015