AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib
May 20, 2016 | 04:25 / Konfranslar, iclaslar
Oxunub 1412 dəfə

Mayın 20-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) növbəti büro iclası keçirilib.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Müstəqillik dövründə Azərbaycanda dil siyasəti və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, dövlətimizin dövlətlər arasında, dilimizin inkişaf etmiş dillər arasında qabaqcıl yerlərdən birini tutmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub. Heydər Əliyev ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.

Ümummilli lider Heydər Əliyevin dilimizlə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan M.Nağısoylu xatırladıb ki, məhz ulu öndərin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dili, sözün həqiqi mənasında, bərqərar edilib. Latın qrafikasına keçid prosesi başa çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması, dilimizin saflığı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması da bunun parlaq göstəricisidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti ana dilimizin inkişaf istiqamətində əsil məktəbdir və bu təcrübədən daima istifadə olunacaqdır.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Məruzənin Rəyasət Heyətinin iclasına təqdim olunması məqsədəuyğun hesab edilib.

İclasda HEB-in tərkibinə daxil olan institut və təşkilatların strukturlarında dəyişiklik edilməsi, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinin qeyd olunması məsələlərinə də baxılıb.

Sonda bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015