AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Xəfi-əlayi” əsəri nəşr olunub
May 17, 2016 | 03:55 / Yeni nəşrlər
Oxunub 1357 dəfə

“Elm və təhsil” nəşriyyatında XII əsr alimi Zeynəddin ibn Əbu İbrahim İsmail Əl-Cürcaninin xəstəliklər və onların müalicə üsuluna həsr edilmiş “Xəfi-əlayi” əsəri çapdan çıxıb.

Dövrünün görkəmli təbibi olan Zeynəddin əl-Cürcani əvvəlcə tibbə dair “Zəxireyi-Xarezmişahi” əsərini yazıb, sonra hökmdar Qızıl Arslan Əbu əl-Müzəffər ibn Xarəzmişahinin sifarişi ilə onun müxtəsər variantı olan “Xəfi-əlayi”ni tərtib edib.

Əsəri fars dilindən tərcümə edən, “Ön söz”ün və şərhlərin müəllifi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zenfira Məmmədovadır.

Nəşrin redaktorları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və tarix elmləri doktoru Fərid Ələkbərlidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015