AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əlyazmaşünas alim Türkiyədə beynəlxalq tədbirdə məruzə edib
May 10, 2016 | 03:17 / Mühüm hadisələr
Oxunub 734 dəfə

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, ilahiyyət üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin Kırıkkale Universitetində keçirilən “Bütün istiqamətləri ilə Osmanlıca və Miras” Beynəlxalq Simpoziumunda iştirak edib.

Universitetin İlahiyyət fakültəsi tərəfindən təşkil olunmuş tədbirdə azərbaycanlı alim “Osmanlıca əlyazmaların Bakı nüsxələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə AMEA Əlyazmalar İnstitutunun fondlarında saxlanılan nadir Osmanlı əlyazmaları haqqında tədqiqatların nəticələri təqdim olunub.

Məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015