AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Səudiyyə Ərəbistanının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb
May 10, 2016 | 05:08 / Mühüm hadisələr
Oxunub 262 dəfə

Mayın 10-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu elm müəssisəsi ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb.

Sənəddə elmin müvafiq sahələri üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.

5 il müddətinə imzalanan memorandum alimlər üçün birgə elmi-tədqiqatlar, elmin inkişaf etdirilməsinə dəstək, tarixi sənəd və digər zəruri materiallardan istifadə imkanı yaradır. Sənədə əsasən, qurumlar birgə seminar, sərgi təşkil edə bilərlər, həmçinin yazılı materialların konserkasiyası və bərpası istiqamətində təcrübə mübadiləsi, mütəxəssislər üçün təlim proqramları, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili planlaşdırılır.

Sənədi Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv  Fondunun Baş katibi, doktor Fəhd bin Abdulla əs-Səmari imzalayıblar.

Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015