AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmaşünas alim Əlcəzairdə Beynəlxalq konfransda iştirak edib
Apr 26, 2016 | 02:47 / Mühüm hadisələr
Oxunub 652 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifov 16-22  aprel 2016-ci il tarixlərində Əlcəzairdə keçirilən “Əlcəzairdə, ərəb və islam dünyasında ərəb əlyazma irsi: həqiqət və  gələcək” mövzusunda Beynəlxalq konfransda iştirak edib.

Beynəlxalq tədbirdə K.Şərifov “Əlyazmaların mühafizəsi, tədqiqi və nəşri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan əlyazma abidələrinin qorunması, tədqiqi və nəşri, eləcə də ərəb əlyazmaları  haqqında  müfəssəl  məlumat  verilib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015