AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd olunacaq
Apr 20, 2016 | 03:08 / Mühüm hadisələr
Oxunub 649 dəfə

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında "18 fevral 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət və Turizm nazirliklərinə Qurultayın 90-cı ildönümünə həsr olunmuş Tədbirlər Planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb.

Tədbirin keçirilməsi ilə bağlı aprelin 20-də AMEA Rəyasət Heyətinin iclasında müzakirələr aparılıb. Qurultayın yubileyinin təşkili ilə əlaqədar çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixə düşmüş əlamətdar hadisə olduğunu bildirərək onun əhəmiyyətindən danışıb.

AMEA və digər dövlət qurumlarının iştirakı ilə hazırlanan Tədbirlər Planı Rəyasət Heyətinə təqdim olunub və qərarla təsdiqini tapıb. Rəyasət Heyətinin qərarına əsasən planın icrasından irəli gələn məsələlər üzrə müvafiq şəxslərə tapşırıqlar verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015