AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin Ev Muzeyinin direktoru “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilib
Mart 31, 2016 | 12:33 / Mühüm hadisələr
Oxunub 609 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Kütləvi İnformasiya Vasitələrinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “Ulu Səs və Yeni Şans” ictimai-siyasi qəzetinin redaksiya heyəti tərəfindən “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilib.

Mükafat alimə mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinə, bu sahədə uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin KİV nümayəndələri ilə dostluq münasibətlərinin inkişafındakı roluna görə verilib.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015