AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Kamal Abdullayevin kitabı Rusiyanın məşhur ədəbi mükafatına namizədlər sırasındadır
Okt 04, 2016 | 04:00 / Yeni nəşrlər
Oxunub 2715 dəfə

Tanınmış yazıçı, akademik Kamal Abdullayevin Moskvada nəşr olunmuş “Platon deyəsən xəstələnib...” (“Platon, kajetsya, zabolel...”) hekayələr toplusu Rusiyanın “Literaturnaya qazeta” nəşrinin ilk redaktoru Anton Delviq adına “Sözə və Vətənə sədaqətə görə” mükafatına namizədlər arasındadır.

Qeyd edək ki, Anton Delviq mükafatı 2012-ci ildə “Literaturnaya qazeta” tərəfindən Rusiya illik milli mükafatı kimi təsis edilib. Birinci mükafata üç, ikinci mükafata altı əsər layiq görülür. “Debüt” nominasiyasında dörd əsərə diplomlar təqdim olunur.

Akademik Kamal Abdullayevin 2014-cü ildə Moskvada çap olunmuş “Platon deyəsən xəstələnib...” kitabında yazıçının son illər qələmə aldığı hekayələr toplanıb. Hekayələri rus dilinə Azər Mustafazadə tərcümə edib. Ön sözün müəllifi məşhur rus yazıçısı Yuri Polyakovdur. Kitab “Xudojestvennaya literatura” nəşriyyatında çap edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015