AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Elmi əsərlər” və “Əlyazmalar yanmır” jurnalları çapdan çıxıb
Mart 02, 2016 | 02:34 / Yeni nəşrlər
Oxunub 561 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclasında Humanitar Elmlər Bölməsinin akademik-katibi, bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli yeni “Elmi əsərlər” və “Əlyazmalar yanmır” jurnallarını iştirakçılara təqdim edib.

Jurnallarda filologiya, tarix, fəlsəfə elmləri üzrə məqalələr yer alıb. Bu sahələr üzrə çalışan alimlər, doktorant və dissertantlar öz elmi məqalələrini nəşrin redaksiya heyətinə təqdim edə bilər.

Jurnallar ildə dörd dəfə nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015