AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt" xidməti sınaq fəaliyyətinə başlayıb
Fev 16, 2016 | 03:03 / Mühüm hadisələr
Oxunub 797 dəfə

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılmasına köməklik göstərib. Nazirlik tərəfindən nömrə resursu ayrılıb və zəruri avadanlıq quraşdırılıb.

24 saat ərzində fasiləsiz fəaliyyət göstərən 1657 nömrəli “Qaynar xətt”də bütün zənglər qeydiyyata alınır. Həmçinin zənglərin günlük, həftəlik, aylıq statistikasının aparılması da nəzərdə tutulub.

Artıq institutda sınaq zənglərinin qəbuluna başlanılıb. Sınaq zəngləri təxminən martın əvvəllərinə qədər davam edəcək. Bu müddət ərzində dilçi mütəxəssislər irad və təklifləri qeydə alacaq, sualları cavablandıracaqlar.

“Qaynar xətt” “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələbinə uyğun olaraq yaradılıb. Vətəndaşlar bu nömrəyə zəng vurmaqla dil qüsurları barədə məlumat verə və Azərbaycan dili ilə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015