AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Bir qrup gənc alim AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib
Fev 11, 2016 | 02:30 / Mühüm hadisələr
Oxunub 611 dəfə

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti 02 iyul 2013-cü il tarixdə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” fərman imzalamışdır. Fərmanın icrasını təmin etmək məqsədilə AMEA Prezidentinin sərəncamı ilə Akademiyanın elmi tədqiqat müəssisələri rəhbərlərinə elmdə yüksək nailiyyətlər əldə edən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılmışdır. “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunacaq namizədin seçim mərhələsində bir qrup gənc əməkdaş öz bilik və bacarıqlarına görə xüsusi fərqlənmişdir.

Beləliklə,  AMEA Rəyasət Heyətinin fevralın 10-da keçirilmiş iclasında Coğrafiya İnstitutunun kiçik elmi işçisi Lətifə İsmayılova, Zoologiya İnstitutunun kiçik elmi işçisi Şəfa Xasayeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Səmra Mirzəyeva, Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Mehman Həsənov, Şərqşünaslıq İnstitutunun doktorantı Səadət İbrahimova və Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Vəfa Rüstəmova AMEA-nın Fəxri Fərmanı ilə təltif ediliblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015