AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ

1945-ci ildə  Azərbaycan SSR Elmlər Akademiyası təsis edilərkən onun tərkibində humanitar profilli 4 institut və 1 muzeyin fəaliyyət göstərdiyi İctimai Elmlər Bölməsi yaradılmışdır.

Elmi tədqiqatların getdikcə genişlənməsi və yeni istiqamətlərin meydana çıxması ilə əlaqədar olaraq 1981-ci ildə AEA-nın nəzdində müstəqil Ədəbiyyat, Dil və İncəsənət Bölməsi (ƏDİB) təşkil edilmişdir.

2001-ci ildə AEA-nın İctimai Elmlər Bölməsi və Ədəbiyyat, Dil və İncəsənət Bölməsi birləşdirilmiş, hər iki bölmənin elmi tədqiqat müəssisələri öz fəaliyyətlərini Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) rəhbərliyi altında həyata keçirmişlər.

2014-cü ildə  HİEB-in tərkibində 2 müstəqil bölmə - Humantar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılmışdır.

HEB təşkil edilənədək humanitar və ictimai elmlərə Akademiyanın vitse-prezidentləri Heydər Hüseynov (1945-1950) və Səməd Vurğun Vəkilov (1950-1957) rəhbərlik edirdilər. Sonradan müxtəlif illərdə bölməyə akademiklər Məmməd Arif Dadaşzadə (1959-1961), İsmayıl Hüseynov (1962-1968), Məmmədağa Şirəliyev (1969-1969), Əlisöhbət Sumbatzadə (1970-1981), İqrar Əliyev (1981-1985), Məmməd Cəfər Cəfərov (1981-1986 – ƏDİB), Əhməd Mahmudov (1985-1987), Aslan Aslanov (1987-1997), Bəkir Nəbiyev (1987-2001 – ƏDİB), Cəmil Quliyev (1997-2001), Ağamusa Axundov (2001-2012), Kamal Abdullayev (2011-2014) rəhbərlik etmişlər. 2014-cü ildən HEB-in akademik-katibi vəzifəsini Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Həşim oğlu Kərimli yerinə yetirir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015