
AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda konfrans keçiriləcək
Apr 17, 2023 | 12:55
Apr 17, 2023 | 12:55
Oxunub ( 103 )
Aprelin 19-da saat 11:00-da AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda “Heydər Əliyevə həsr olunmuş yeni rəngkarlıq əsərləri”, “Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni”, “Təsviri sənətdə Heydər Əliyev obrazının simvolik təcəssümü” və digər mövzularda məruzələr dinləniləcək.
Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115 (IV mərtəbə, Elektron zal)
www.science.gov.az