AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Mart 16, 2023 | 04:28
Oxunub ( 16 )

17 mart 2023-cü il tarixində saat 11:00-da AMEA-nın Əsas binasının akt zalında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Dünya Türkologiya Mərkəzi və Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans çərçivəsində qadın əl sənəti nümunələrindən ibarət sərgi, arxeoloji və etnoqrafik sərgi-təqdimat təşkil olunacaq.

Ünvan: Bakı ş., H.Cavid pr. 115 (AMEA-nın Əsas binası, II mərtəbə)

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015