AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
May 25, 2022 | 09:54
Oxunub ( 421 )

18-19 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, AR İqtisadiyyat Nazirliyi, AR Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

- Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı;

- Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması.

Təqdim olunmuş məruzələrin arasından Təşkilat komitəsi tərəfindən seçilmiş iştirakçılar konfransa ayrıca dəvət alacaqlar. Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada təqdim olunmalı və aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

- Microsoft Word (A4) formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü 12, sətirlərarası interval 1,15, kənardan məsafələr: soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm);

- Məruzənin həcmi 15 000-20 000 işarə arasında;

- Məruzənin adı 12 şriftlə, böyük hərflərlə, tünd (bold);

- Müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam açıq şəkildə), 12 şriftlə;

- Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi 11 şriftlə, yeni sətirdə;

- Xülasə 11 şriftlə, maksimum 1 000 işarə.

Məruzə mətninin strukturu aşağıdakı kimi tövsiyə olunur:

- Problemin qoyuluşu;

- Təhlil və qiymətləndirmə;

- Nəticə;

- Ədəbiyyat siyahısı (əlifba sırası ilə) 11şriftlə.

Məruzələr elektron formada 18 avqust 2022-ci il tarixinə kimi Təşkilat komitəsinin məsul katibi, i.e.d. Rəsmiyyə Sabirə (resmiyyesabir@gmail.com ünvanına) göndərilməlidir.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015