AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Gənc alim və mütəxəssislərin ikinci beynəlxalq elmi konfransı keçiriləcək
Noy 06, 2019 | 04:34
Oxunub ( 22 )

3-6 mart 2020-ci tarixlərində Bakıda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin (təbiət elmləri) müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək. 

AMEA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə keçiriləcək tədbirdə gənc tədqiqatçıların elmi nəticələrinin təqdimatı nəzərdə tutulur.

Konfransda altı panel - "İntellektual sistemlər və texnologiyalar", "Molekulyar biotexnologiya və gen mühəndisliyi", "Yer elmlərinin nəzəri və tətbiqi problemləri", "Nanotexnologiya və materialşünaslıq", "Tətbiqi kimyanın müasir problemləri" və "Xəzər dənizinin multidissiplinar elmi və nəzəri problemləri" üzrə müzakirələr aparılacaq. Bundan əlavə, orta məktəblərdə araşdırma aparan məktəblilər üçün “Elmdə ilk addımlar” mövzusunda panel təşkil olunacaq.

Konfransda iştirak etmək istəyən gənc tədqiqatçılar (40 yaşadək) və orta məktəb şagirdləri tezislərini 1 fevral 2020-ci il tarixinədək burada qeydiyyatdan keçərək göndərə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015