AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Azərbaycan xalça sənətinin qorunması və inkişafı" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək
Noy 04, 2019 | 04:05
Oxunub ( 30 )

Noyabrın 6-da saat 11:00-da AMEA-nın Əsas binasında "Azərbaycan xalça sənətinin qorunması və inkişafı" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransda "Azərbaycan xalçalarında Heydər Əliyevin obrazı", "Azərxalça" ASC Azərbaycan xalça sənətinin keşiyindədir", "Qarabağ məktəbi xalçalarının əsas inkişaf istiqamətləri və Qarabağın saray xalçaları", "Azərbaycan kino sənətində xalça", "Azərbaycan xalçalarında ov motivləri", "Son orta əsrlər dövrü Gəncə xalçalarının öyrənilməsinin tətbiqi əhəmiyyəti" və digər mövzularda məruzələr dinləniləcək.

Tədbir Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015