AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan xalça sənətinin qorunması və inkişafı” mövzusunda respublika konfransı keçiriləcək
Sen 27, 2019 | 12:38
Oxunub ( 66 )

6 noyabr 2019-cu il tarixində saat 11:00-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan xalça sənətinin qorunması və inkişafı” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini 15 oktyabr 2019-cu il tarixinədək khazar.zeynalov@yandex.ru elektron ünvanına göndərməlidir.

Məruzələrin tərtibi qaydaları:

- Həcm 6-7 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25;

- Məqalə və xülasələr Azərbaycan, rus və ingilis dillərində qəbul edilir;

- Açar sözlər (hər üç dildə) xülasənin altında verilməlidir;

- Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar kvadrat mötərizədə olmalı, mənbənin nömrəsi, səhifə qeyd edilməlidir;

- Başlığın strukturu - müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə, təşkilatın adı adi şriftlə, məruzənin adı böyük hərflərlə, qalın şriftlə yazılmalıdır.

Qəbul edilən məruzələrin konfransdan sonra dərci nəzərdə tutulur.

Tel.: (+994 12) 539 35 02, (+994 55) 739 88 76.

Ünvan: Bakı ş., H.Cavid prospekti, 115.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015