AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
İyl 24, 2019 | 04:49
Oxunub ( 20 )

24 oktyabr 2019-cu il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin anadan olmasının 137 ilinin tamam olması münasibətilə “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.

Konfrans Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuşdur. Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini  huseinjavid@gmail.com  elektron ünvanına göndərə bilərlər.

     Məruzələrin tərtibinə dair tələblər:

     - Kağızın formatı - A4, Word redaktorunda;

    - məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

   - müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

    - Həcmi - 5 səhifədən çox olmamalıdır;

    - Şrift - Times New Roman 12;

    - Sətirlərarası interval - 1,5;

    - İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);

    - məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

 Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

 

    Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.

    Telefon: (+994 12) 492 06 57

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015