AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Ərtoğrol Cavid - 100” mövzusunda respublika elmi konfransı keçiriləcək
İyl 24, 2019 | 04:32
Oxunub ( 20 )

22 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan “Ərtoğrol Cavid - 100” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

- Həcmi - 5 səhifədən çox olmamalıdır;

- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;

- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);

- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.

Tel.: (+994 12) 492 06 57.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015