AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək
İyn 20, 2019 | 04:26
Oxunub ( 128 )

24 iyun 2019-cu il tarixində saat 11:00-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun­da İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - Orta əsrlər əlyazmaları və Azər­­­baycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII ənənəvi respublika elmi konfransı keçiriləcək.

Tədbirdə “Nəsiminin həyat və yaradıcılığı”, “Şairin zəngin bə­­dii irsinin tədqiq, təb­liğ və tər­cümə problemləri”, “Nəsimi ardıcıllarının bə­­dii dünyası”, “Hüru­fi­­lik ideya-fəl­səfi cərəyanı və həmin cərəyanın görkəmli nü­ma­­yəndələrinin söz-sə­nət aləmi” və digər mövzularda mə­ru­zələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015