
İyn 11, 2019 | 02:00
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın elmi bölmələrinin bürolarının qərarlarını nəzərə alaraq aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edir:
Humanitar Elmlər Bölməsi üzrə:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi
İctimai Elmləri Bölməsi üzrə:
Fəlsəfə İnstitutu
Milli Azərbaycan Tarixi Muzeyi
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) 2019-cu il iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir:
- namizədin irəli sürülməsi haqqında müvafiq bölmə bürosunun, AMEA-nın həmin bölmədən olan üzvünün və ya elmi müəssisənin elmi şurasının təqdimatı;
- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- kadr uçotu üzrə şəxsi vərəqə;
- 2 ədəd fotoşəkil (6x9 sm.);
- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;
- tərcümeyi-hal.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.