AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçiriləcək
Apr 09, 2019 | 03:21
Oxunub ( 65 )

12 aprel 2019-cu il tarixində­­­­­ saat 14:00-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” 11 fevral 2019-cu il tarixli Sərəncama əsasən təşkil olunacaq.

Sessiyada H.Araslının dahi Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli haqqında araşdırmalarına, həmçinin ədəbiyyatşünas alimin elmi fəaliyyətinə dair məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç., 26.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015