AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Afad Qurbanovun 90 illiyinə həsr olunan respublika elmi konfransı keçiriləcək
May 07, 2019 | 11:20
Oxunub ( 254 )

Mayın 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyinə həsr olunan respublika elmi konfransı keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Nəsimi adına Dilçilik İnstitutudur. 

Konfransın mövzuları:

- Afad Qurbanov və Azərbaycan onomastikası;

- Afad Qurbanov və ümumi dilçilik məsələləri;

- Afad Qurbanovun elmi və ictimai fəaliyyətində əlifba məsələləri.

Məqalələrin tərtibinə dair tələblər:

- Məqalənin mətni A-4 formatda, Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır;

- Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır;

- Məqalənin adının üstündə sağda müəllifin adı və soyadı, çalışdığı müəssisənin, təşkilatın adı, elmi dərəcəsi və elmi adı, e-poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır;

- Məqalənin həcmi 10 səhifədən artıq olmamaqla (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) kodlaşdırılmalı və mayın 10-dək afadqurbanov90@gmail.com e-poçt ünvanına göndərilməlidir.

Respublika konfransında AMEA-nın və Təhsil Nazirliyinin aparıcı alimləri ilə yanaşı, gənc tədqiqatçıların iştirakına xüsusi diqqət yetiriləcəkdir.

Elmi konfransa təqdim olunmuş məqalələrin toplu şəklində çap edilməsi, müvafiq qurumlara və elmi kitabxanalara paylanılması nəzərdə tutulur.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.

Ünvan: AMEA-nın Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi (3-cü mərtəbə, 312-ci otaq)

Tel.: (+994 12) 492 66 22, 497 69 82

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015