AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçiriləcək
Noy 16, 2018 | 12:55
Oxunub ( 705 )

21 noyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfrans müasir dünya folklorşünaslığının aktual mövzularından biri olan folklorda metoforik düşüncəyə, onun semantik özəlliklərinə, bu istiqamətdə nəzəri-metodoloji yanaşmaların müzakirəsinə həsr olunur.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129, otaq № 301

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015