AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək
İyn 12, 2018 | 05:25
Oxunub ( 1306 )

İyunun 13-də saat 12:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçiriləcək mətbuat konfransı ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrinə həsr ediləcək.

Tədbirdə Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, “Qaynar xətt”in rəhbəri, fil.ü.f.d., dos. Şahlar Məmmədov “Saytların dil mənzərəsi” mövzusunda məruzə ilə çıxış edəcək.

Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti, 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015