AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Ədəbi proses - 2017” yaradıcılıq müşavirəsi keçiriləcək
May 30, 2018 | 09:41
Oxunub ( 189 )

İyunun 4-də saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Ədəbi proses - 2017” yaradıcılıq müşavirəsi keçiriləcək.

Qeyd edək ki, əsası Ədəbiyyat İnstitutunda qoyulan “Ədəbi proses” formatında yaradıcılıq müşavirəsi sonuncu dəfə 1984-cü ildə keçirilib və tədbirin materialları bir il sonra nəşr olunub. 2013-cü ildə isə Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunan ilk yaradıcılıq müşavirəsi keçirilib və bu ənənə hər il davam etdirilir.

Yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil edəcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115, Akademiya şəhərciyi, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015