AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Cümhuriyyət dövründə dil məsələləri” mövzusunda konfrans keçiriləcək
May 11, 2018 | 11:36
Oxunub ( 239 )

Mayın 18-də saat 14:00-da AMEA-nın Əsas binasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Cümhuriyyət dövründə dil məsələləri” mövzusunda konfrans təşkil olunacaq.

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən keçiriləcək tədbirdə “Cümhuriyyət dövrünün dil xüsusiyyətləri: Əhməd Cavadın yaradıcılığı kontekstində”, “Cümhuriyyət dövründə dil situasiyası”, “Cümhuriyyətin dil siyasəti dövrün bədii-publisistik nümunələrində”, “Azərbaycan Xalq Cümhuriyyəti və dil, əlifba məsələləri” kimi mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H. Cavid prospekti, 115

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015