
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda konfrans keçiriləcək
Apr 30, 2018 | 12:27
Apr 30, 2018 | 12:27
Oxunub ( 1095 )
4 may 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda konfrans keçiriləcək.
Tədbirdə "Heydər Əliyevin dövlət quruculuğu siyasətində ana dili məsələsi", "Heydər Əliyev və Azərbaycan dilinin inkişafı", "Heydər Əliyevin dövlət dili siyasəti", "Fenomenal siyasi natiq - Heydər Əliyev" və "Heydər Əliyev Azərbaycan dili haqqında" mövzusunda məruzələr dinləniləcək.
Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115.