AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Sələflər və Xələflər: Vaqif Aslanov və Türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək
Apr 23, 2018 | 04:34
Oxunub ( 381 )

Aprelin 25-də saat 11: 00-da AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Sələflər və Xələflər: Vaqif Aslanov və Türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə reallaşacaq tədbir Türk Dil Qurumunun fəxri üzvü, görkəmli türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, professor Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunacaq.

Konfransda "Görkəmli dilçi-alim Vaqif Aslanov”, “Türk dünyasının görkəmli türkoloqu V.Aslanovun elmi irsi”, “Vaqif Aslanov və yazıyaqədərki Azərbaycan dili tarixinin məsələləri” mövzularında məruzələr dinləniləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015