
Akademik Kamal Abdullayev "Sözün sirri"ni təqdim edəcək
Okt 13, 2017 | 09:48
Okt 13, 2017 | 09:48
Oxunub ( 1040 )
19 oktyabr 2017-ci il tarixindən etibarən AZTV-nin efirində akademik Kamal Abdullayevin təqdimatı ilə "Sözün sirri" adlı elmi-publisistik veriliş yayımlanmağa başlayacaq. Verilişdə dilimizin qorunmasından, ona olan münasibətdən, cəmiyyət üzvlərinin dil fəaliyyətinin nə dərəcədə uğurlu olmasından, müxtəlif xarici dillərdən ana dilimizə elmi, bədii ədəbiyyatın tərcümə olunması, tərcümə zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə ətraflı söhbət aparılacaq.