AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək
Mart 16, 2018 | 11:23
Oxunub ( 442 )

24 oktyabr 2018-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə dahi dramaturqun anadan olmasının 136-cı ildönümünə həsr olunan “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 31 iyul 2018-ci il tarixinədək məqalələrini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

- həcmi - 5 səhifədən çox olmamalıdır;

- şrift - Times New Roman 12;

- sətirlərarası interval - 1,5;

- istinadlar - məruzənin sonunda (şrift - Times New Roman 10);

- açar sözlər 8-12 sözdən ibarət olmalıdır;

- məruzənin sonunda xülasə ingilis dilində;

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 8.

Telefon: (+994 12) 492-06-57.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015