AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq Muğam simpoziumu keçiriləcək
Yan 22, 2018 | 11:36
Oxunub ( 442 )

7-10 mart 2018-ci il tarixlərində Azərbaycan Milli Elmlər
Akademiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə “Muğam ənənəsi elm və incəsənət
qovşağında” mövzusunda beynəlxalq Muğam simpoziumu keçiriləcək.

Simpoziumda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub:

·     Muğam Şərq lad sisteminin milli interpretasiyaları;

·     Muğam  mətnlərinin estetik və narrativ semantikası;

·     Vokal – instrumental  muğam mətnlərinin dil və ritmik özəllikləri;

·     Azərbaycan muğam-dəstgahının konseptual mahiyyəti;

·     Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya;

·     Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi;

·     Muğam yaradıcılığında bədiiliyin elmi və elmin bədii əsasları;

·     Muğamın inkişaf yolları – tarix və müasirlik.

 Simpoziumun açılış yığıncağı AMEA-nın Əsas binasında təşkil olunacaq.

Ünvan: Bakı şəh.,H.Cavid pros., 115.



Состоится Международный симпозиум мугама «Традиции мугама на стыке
науки и искусства»

7-10 марта 2018 года при организационной поддержке Национальной
академии наук Азербайджана и поддержке Министерства культуры и туризма
Азербайджанской Республики пройдет Международный симпозиум мугама
«Традиции мугама на стыке науки и искусства».

На симпозиуме планируется работа следующих секций:

·     Национальная интерпретация восточной системымугамов-ладов;

·     Эстетическая и нарративная семантика текстов мугамов;

·     Языковые и ритмические особенности текстов
вокально-инструментальныхмугамов;

·     Концептуальная значимость азербайджанского мугама (Дестгяха);

·     Истоки сильного психологического влияния исполнения мугама и
музыкотерапия;

·     Традиция исполнения мугама (макама)как точка соприкосновения
мультикультурного мира;

·     Научные основы художественности и художественные основы науки в
мугамном творчестве;

·     Развитие мугамного искусства – история и современность.

Церемония открытия симпозиума состоится в Главном здании НАНА.

Адрес: г. Баку, просп. Г.Джавида, 115.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015