AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Yan 22, 2018 | 11:16
Oxunub ( 317 )

2018-ci ilin may ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 10 yanvar 2018-ci il tarixli “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamlarına uyğun olaraq baş tutacaq.

Elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 1 aprel 2018-ci il tarixinədək məruzələrinin tam mətnlərini elyazma.kitabxana@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, böyük hərflərlə ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, sol qıraqdan yazılmalıdır;

- Həcmi - 5 səhifədən çox olmamalıdır;

- Şrift - Times New Roman 12;

- Sətirlərarası interval - 1,5;

- İstinadlar mətnin içində (5, 124) şəklində;

- ədəbiyyat siyahısı məruzənin sonunda verilməlidir;

- məruzənin sonunda xülasə ingilis dilində (2-4 cümlə).

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır. Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.

Telefon: (+994 12) 437 19 78.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015