AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda elmi konfrans keçiriləcək
Yan 22, 2018 | 11:15
Oxunub ( 288 )

2018-ci ilin mart ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart soyqırımının 100 illiyinə həsr olunmuş “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi konfransı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçiriləcək.

Elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 28 fevral 2018-ci il tarixinədək məruzələrinin tam mətnlərini konfrans.elyazma@mail.ru elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, böyük hərflərlə ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, sol qıraqdan yazılmalıdır;

- həcmi - 5 səhifədən çox olmamalıdır;

- şrift - Times New Roman 12;

- sətirlərarası interval - 1,5;

- istinadlar mətnin içində (5, 124) şəklində;

- ədəbiyyat siyahısı məruzənin sonunda verilməlidir;

- məruzənin sonunda xülasə ingilis dilində (2-4 cümlə).

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır. Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.

Telefon: (+994 12) 492 63 33.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015