AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımları” mövzusunda tədbir keçiriləcək
Yan 15, 2018 | 09:41
Oxunub ( 226 )

Yanvar ayının 17-də saat 11:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımları” mövzusunda tədbir keçiriləcək.

Tədbirdə XX əsr Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun həyat yolu və elmi fəaliyyətinin müxtəlif istiqamətlərinə dair məruzələr dinləniləcək.

Ünvan: Ba­kı şəh., Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015