AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının müzakirəsi keçiriləcək
Okt 19, 2017 | 12:06
Oxunub ( 963 )

Oktyabr ayının 23-də saat 16:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında tanınmış yazıçı-publisist Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçiriləcək.

Qeyd edək ki, “Atabəy Eldəniz” əsəri müəllifin sayca 7-ci tarixi romanıdır. Kitaba “Ön söz”ü AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov yazıblar.

Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.

Ünvan: Ba­kı şəhəri, Hüseyn Cavid prospekti 115.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015