AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək
İyn 07, 2017 | 11:43
Oxunub ( 862 )

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2017-ci ilin noyabr ayında İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II  Beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur.

Elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 1 sentyabr 2017-ci il tarixinədək məruzələrinin tam mətnlərini elyazma.kitabxana@gmail.com  elektron ünvanına göndərə bilərlər.
    Məruzələrin tərtibinə dair tələblər:
    - Kağızın formatı - A4, Word redaktorunda;
    - məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, böyük hərflərlə ortada olmalıdır;
    - müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, sol qıraqdan yazılmalıdır;
    - Həcmi - 5 səhifədən çox olmamalıdır;
    - Şrift - Times New Roman 12;
    - Sətirlərarası interval - 1,5;
    - İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 12);
    - məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
    Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
    Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

    Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.
    Telefon: (+994 12) 437 19 78

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015